“Braqa” ilə oyun öncəsi Tahir Gözəl Qurban Qurbanovla görüşüb

Xəbərlər
22 Fevral 2024 15:25
279
“Braqa” ilə oyun öncəsi Tahir Gözəl Qurban Qurbanovla görüşüb

“Qarabağ”ın prezidenti Tahir Gözəl komandanın baş məşqçisi Qurban Qurbanovla görüşüb.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan çempionunun mətbuat xidməti açıqlayıb.

Görüş Ağdam klubunun bazasında baş tutub. Gözəl və Qurbanov bu gün baş tutacaq “Qarabağ” - “Braqa” oyunu barədə fikir mübadiləsi aparıblar. Klub prezidenti Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə komandaya uğurlar arzulayıb.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” matçı saat 21:45-də başlayacaq.

İdman.biz