Məşhurlardan “Qarabağ” - “Braqa” oyununa PROQNOZ

Xəbərlər
22 Fevral 2024 16:42
922
Məşhurlardan “Qarabağ” - “Braqa” oyununa PROQNOZ

“Qarabağ” bu gün Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə cavab matçına çıxacaq.

Azərbaycanın tanınmış simaları Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma ilə bağlı İdman.bizin sorğusunu cavablandırıblar.

Müxtəlif sahələrin məşhurları Portuqaliya təmsilçisi önündə Qurban Qurbanovun yetirmələrini daha şanslı hesab edirlər.

Maraqlıdır ki, səsvermədə iştirak edənlərin hamısı “Qarabağ”ın qalib gələcəyini bildiriblər. Yalnız cüdoçu Turan Bayramov görüşün heç-heçə bitəcəyini proqnozlaşdırır.

Alim Qasımov (xalq artisti) - 2:0

Bəhram Bağırzadə (aktyor) - “Qarabağ” qələbə qazanacaq

Eldəniz Əzizli (güləşçi) - 2:1

Vaqif Sadıqov (AFFA-nın vitse-prezidenti) - “Qarabağ” yenidən tarix yazacaq

Rəşad Məcid (Mətbuat Şurasının sədri) - 2:1

Firdovsi Umudov (güləş mütəxəssisi) - 3:1

Turan Bayramov (cüdoçu) - 2:2

Əli Mirəliyev (müğənni) - “Qarabağ” qalib gələcək

Aqil Abbas (deputat) - 3:1

Orxan Səfərov (cüdoçu) - 2:1

Bilal Əliyev (müğənni) - 2:1

Qeyd edək ki, “Qarabağ” – “Braqa” oyunu Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. İlk görüşdə təmsilçimiz 4:2 hesabı ilə qalib gəlib.

Banuçiçək Hüseynli
İdman.biz