Marko Yankoviç həftənin rəmzi komandasında - FOTO

Xəbərlər
23 Fevral 2024 12:45
735
Marko Yankoviç həftənin rəmzi komandasında - FOTO

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarının rəmzi komandası açıqlanıb.

İdman.biz xəbər verir ki, həftənin “11-liy”ini “Sofascore” tərtib edib.

Portuqaliya “Braqa”sı ilə evdəki matçda 2:3 hesabı ilə uduzan, lakin iki oyunun yekununda 6:5 hesablı üstünlüklə 1/8 finala adlayan “Qarabağ” da “11-lik”də təmsil olunub. Monteneqrolu yarımmüdafiəçi Marko Yankoviç rəmzi komandaya daxil edilib.

Qapıçı: David von Ballmus (“Yanq Boyz”);

Müdafiəçilər: Teo Ernendes (“Milan”), Nikolas Otamendi (“Benfika”), David Hançko (“Feyenord”);

Yarımmüdafiəçilər: Marko Yankoviç (“Qarabağ”), Angelo Presiado (“Sparta”), Alvaro Calo (“Braqa”), Bencamin Burijo (“Renn”);

Hücumçu: Rocer Fernandes (“Braqa”), İndrit Tuçi (“Sparta”), Roland Sallai (“Frayburq”).

Qeyd edək ki, ötən həftə keçirilən ilk oyunlardan sonra qapıçı Andrey Lunyov, yarımmüdafiəçilər Abdulla Zubir, Marko Yankoviç “11-lik”də yer almışdı.

İdman.biz

Məqalədə: