Avrokubokların növbəti oyun həftəsindən sonra klubların UEFA reytinqi açıqlanıb.
İdman.biz xəbər verir ki, Azərbaycanı “Top-100”də yalnız bir komanda ilə təmsil olunub.
Son ölkə çempionu “Qarabağ” Avropa Liqasının 1/8 finalına yüksəlməklə xal hesabını zənginləşdirib. Pley-offda “Braqa”nı mübarizədən kənarlaşdıran (4:2, 2:3) Qurban Qurbanovun yetirmələrinin aktivində 32,000 xal var.
“Qarabağ” Avropada 56-ci yerə şərikdir. Ağdam klubu “Fənərbaxça” və “Seltik”ə çataraq onlarla 56-58-ci yerləri bölüşür.
“Braqa” zəfərinə qədər 59-60-cı yerləri bölüşən “Qarabağ” şərik olduğu “Fiorentina”nı (31,000), həmçinin “Qalatasaray”"ı (31,500) arxada qoyub.
Qeyd edək ki, siyahıya 143,000 xala malik “Mançester Siti” başçılıq edir.
İdman.biz