Coşqun Diniyev darmadağına üzülüb

Xəbərlər
24 Fevral 2024 16:38
189
Coşqun Diniyev darmadağına üzülüb

Azərbaycan yığmasının futbolçusu Coşqun Diniyevin çıxış etdiyi "Ümraniyəspor" Türkiyə 1-ci Liqasında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, onun komandası 24-cü tur çərçivəsində "Bandırmaspor"un qonağı olub.

"Ümraniyəspor" 1:4 hesabı ilə uduzub. Hesabı qonaqalar açsalar da, meydan sahibləri sonradan 4 dəfə fərqləniblər. Diniyev meydana 75-ci dəqiqədə daxil olub və komandasının darmadağınına üzülüb.

Qeyd edək ki, "Ümraniyəspor" turnir cədvəlində 13-cü pilləsində qərarlaşıb. Komandanın hesabında 27 xal var.

İdman.biz

Məqalədə: