Miodraq Bojoviç “Neftçi”nin hədəfini açıqlayıb

Xəbərlər
24 Fevral 2024 17:34
207
Miodraq Bojoviç “Neftçi”nin hədəfini açıqlayıb

"Azarkeşlər çox maraqlı oyun izlədilər. Hər iki komandanın yaxşı qol epizodları oldu”.

İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç deyib.

Monteneqrolu mütəxəssis Azərbaycan Premyer Liqasının XXIV turunun “Turan Tovuz”la matçı barədə fikirlərini mətbuat konfransında açıqlayıb: “Hər iki hissənin əvvəlində daha yaxşı oynadıq. Vurduğumuz qoldan sonra oyunumuzda problemlər yarandı. Rəqibimiz təzyiq etməyə başladı. Onlar bir neçə qol epizodu yaratdılar. Hətta "Turan Tovuz" qələbə qazana da bilərdi. Tovuzda azarkeşlər komandalarını çox gözəl dəstəkəyirdilər”.

Bojoviç “Qarabağ”da çıxış edən həmyerlisi Marko Yankoviçin Avropa Liqasındakı oyunu barədə suala da cavab verib: “Azərbaycanda hər məşqçi elə oyunçunu öz komandasında görmək istəyər. Bizim qarşımıza çempionatda ikinci yeri tutmaq hədəfi qoyulub. Əgər hər şey istədiyimiz kimi getsə, bu heyətlə hədəfə çata bilərik. Amma heç vaxt komandamın oyunundan razı olmuram. Hesab edirəm ki, daha yaxşısını göstərə bilərik”.

Qeyd edək ki, Tovuzdakı matç 1:1 hesabı ilə başa çatıb.

İdman.biz