Vaqif Cavadov: “Qarabağ” “Bayer”lə matçda daha bir yeni tarix yazacaq”

Xəbərlər
26 Fevral 2024 10:06
604
Vaqif Cavadov: “Qarabağ” “Bayer”lə matçda daha bir yeni tarix yazacaq”

“Bayer" güclü bir rəqibdir”.

Bunu İdman.bizə “Qarabağ”ın sabiq futbolçusu Vaqif Cavadov deyib.

O, UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkünə münasibət bildirib. Cavadov sabiq komandasının “Bayer”i yaxşı tanımasını üstünlük sayır: “Qurban Qurbanov rəqibin oyun üslubuna və oyunçularına bələddir. İnanıram ki, daha bir yeni tarix yazılacaq. Ağdam təmsilçisi möhtəşəm oyunla gözəl nəticə qazanacaq. Ümidvaram ki, belə də olacaq. Yalnız yaxşı hazırlaşmaq lazımdır. Məsuliyyətli olmalıyıq. Sadəcə "Qarabağ"a dəstək olmaq lazımdır. Bunu da azarkeşlər edəcək”.

Qeyd edək ki, “Qarabağ” “Bayer”lə ilk oyunu martın 7-də Bakıda, cavab matçını 1 həftə sonra səfərdə keçirəcək.

Banuçiçək Hüseynli
İdman.biz