Arda Gülərlə Karlo Ançelotti arasında PROBLEM

Xəbərlər
1 Mart 2024 10:25
412
Arda Gülərlə Karlo Ançelotti arasında PROBLEM

Madrid "Real"ının bir neçə futbolçusu baş məşqçi Karlo Ançelottidən narazıdır.

İdman.biz xəbər verir ki, bu barədə “Athletic” nəşri məlumat yayıb.

Bildirilib ki, siyahıda Arda Gülər, Luka Modriç, Naçon Fernandes, Niko Paz və Kepa Arrizabalaqanın adları var.

Futbolçular meydanda az olmalarından narazıdırlar. Eyni zamanda, Ançelotti də onların komandadakı gələcəkləri ilə bağlı dəqiq cavab verə bilmir.

İdman.biz

Məqalədə: