Niderland millisinin sabiq baş məşqçisi Kes Reyvers vəfat edib.
İdman.biz xəbər verir ki, futbol veteranı 97 yaşında ölüb.
1946-60-cı illərdə Niderland millisində 33 oyunda 10 qol vuran Reyvers 1981-84-cü illərdə “narıncılar”ın baş məşqçisi olub. O, məşqçilik karyerasında PSV və "Tvente” və Belçikada “Beringen”ə rəhbərlik edib.
Qeyd edək ki, Reyvers baş məşqçi kimi PSV-də üç dəfə ölkə çempionu (1975, 1976, 1978), kubokun qalibi (1976), UEFA kubokunun sahibi (1977/78) olub.
İdman.biz