Mahirin komandası qalib gəlib, Amsterdamda sülh - VİDEO

Xəbərlər
8 Mart 2024 02:06
679
Mahirin komandası qalib gəlib, Amsterdamda sülh - VİDEO

Bu gün Konfrans Liqasında 1/8 final mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, ilk oyunlar çərçivəsində 8 matç baş tutub.

Türkiyənin “Fənərbaxça” klubu Belçikada “Sent-Jiloaz”a qalib gəlib. Qonaq komanda 3:0 hesabı ilə qalib gəlib. "Fənər"in qollarını Batşuayi, Ostervolde və Tadiç vurublar.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su öz meydanında PAOK-u məğlub edib. Zədəli Mahirin forma geyinmədiyi qarşılaşmanı azərbaycanlı hakim Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası idarə edib. Görüş zaqreblilərin 2:0 üstünlüyü ilə başa çatıb.

Qeyd edək ki, 1/8 final mərhələsinin cavab matçları 14-də keçiriləcək.

Konfrans Liqası
1/8 final, ilk oyunlar

21:45. “Ayaks” - “Aston Villa” - 0:0
21:45. “Molde” - “Brügge” - 2:1
21:45. “Şturm” - “Lill” - 0:3
21:45. “Olimpiakos” – “Makkabi” Təl-Əviv - 1:4
00:00. “Sent-Jiloaz” – “Fənərbaxça” - 0:3

00:00. “Dinamo” Zaqreb - PAOK - 2:0
00:00. “Makkabi” Hayfa - “Fiorentina” - 3:4
00:00. “Servett” - “Viktoriya” - 0:0

İdman.biz