Andrey Lunyovun agenti: “Nəticə fantastikdir”

Xəbərlər
9 Mart 2024 15:09
353
Andrey Lunyovun agenti: “Nəticə fantastikdir”

"Qarabağ" – "Bayer" oyunu ilə bağlı hisslərim qarışıqdır".

İdman.biz xəbər verir ki, bunu rusiyalı futbol agenti Anton Smirnov deyib.

"Qarabağ"ın qapıçısı Andrey Lunyovun nümayəndəsi olan funksioner Ağdam klubunun Avropa Liqasının "Bayer"lə 1/8 final oyunu barədə fikirlərini açıqlayıb: "Qarabağ" 60 dəqiqə təmkinli oynadı. Amma sonra özləri dayanan yerdə qapılarına qol yaratdılar. Amma yenə də nəticə fantastikdir, amma bir az üzüntü qalıb. Lakin qarşılaşmadan sonra Andreydə əhval-ruhiyyə düşüklüyü görmədim. Məyusdur, amma böyük üzüntüsu yoxdur. Həyat davam edir, qarşıda cavab görüşü var. Artıq emosiyalar bitib, növbəti qarşılaşmalara hazırlaşmaq lazımdır. Çox sıx təqvim var".

Qeyd edək ki, "Qarabağ" "Bayer"lə ev oyununun ilk 45 dəqiqəsində iki qol vursa da, ikinci yarıda buraxdığı iki topla heç-heçə ilə kifayətlənib.

İdman.biz