PSJ-dən “Barselona”ya 200 milyonluq təklif

Xəbərlər
9 Mart 2024 17:27
174
PSJ-dən “Barselona”ya 200 milyonluq təklif

PSJ “Barselona”nın futbolçusu Lamin Yamalı heyətinə qata bilər.

İdman.biz xəbər verir ki, fransalılar transfer üçün 200 milyon avro ödəməyə hazır olduqlarını açıqlayıblar.

Paris təmsilçisi Kilian Mbappenin “Real”a gedəcəyi təqdirdə Yamalı ona əvəzedici kimi görür.

İspaniyalı futbolçunun agenti Jorje Mendeş də Kataloniya klubunun rəhbərliyi ilə bu yaxınlarda keçidlə bağlı görüşüb. Maliyyə çətinliklərinə baxmayaraq, "Barselona" futbolçunu saxlamağa çalışır.

Qeyd edək ki, 17 yaşlı Yamal “Barselona”nın əsas heyətində 28 oyuna 4 qol vurub.

İdman.biz

Məqalədə: