“Mançester Yunayted”dən rekord qazanc

Xəbərlər
12 Mart 2024 17:01
197
“Mançester Yunayted”dən rekord qazanc

“Mançester Yunayted” mövsümün ilk yarısının maliyyə hesabatını açıqlayıb.

İdman.biz xəbər verir ki, İngiltərə klubu mövsümün ikinci rübündə rekord gəlir əldə edib.

Mançesterlilər oktyabr-dekabr aylarını əhatə edən dövrdə 225,8 milyon funt sterlinq qazanıb. Bir il əvvəlki ilə müqayisədə teleyayımdan gələn qazanc 59,2 faiz artıb. Oyungünü gəlirləri isə 81 faiz yüksəlib. Klubun maaş cədvəli 77,3 milyon funt sterlinqdən 95,1 milyona qədər artıb.

“Mançester Yunayted” bu ilin ilk rübünün arxada qalan hissəsində 5,6 milyon ziyana düşüb. Son üç ildə isə kluba dəyən zərər 188 milyon funt sterlinqdir.

İdman.biz