Sənan Süleymanovun “Qarabağ” təəccübü - VİDEO

Xəbərlər
13 Mart 2024 17:59
233
Sənan Süleymanovun “Qarabağ” təəccübü - VİDEO

"Futbola marağım böyük olsa da, vaxt baxımından matçları çox izləyə bilmirəm. Amma "Qarabağ"ın "Bayer"ə qarşı oyununa baxdım".

Bunu "İdman Bizdə" verilişinin qonağı olan Azərbaycan millisinin yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) deyib.

27 yaşlı pəhləvan Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ın "Bayer"lə oyununa münasibət bildirib. O, Azərbaycan çempionunun Bakıda 2:2 hesabı ilə bitən görüşün çox bəyənib: "Qarabağ"ın oyunu məni çox təəccübləndirdi. Son anda qalibiyyəti əldən verdilər. Bir neçə dəfə irəli keçmək şansımız oldu. Sırf bəxtsizlik amilinə görə bunu bacarmadıq. Səfər oyunu çətin olacaq. Amma düşünürəm ki, burdakı kimi mübarizə aparsalar qalib gələ bilərlər".

Qeyd edək ki, "Qarabağ" martın 14-də "Bay Arena"da "Bayer"in qonağı olacaq.

Emin Ağa
İdman.biz