“Atletiko”dan rekord

Xəbərlər
14 Mart 2024 09:19
472
“Atletiko”dan rekord

“Atletiko” Çempionlar Liqasında yeni rekorda imza atıb.

İdman.biz xəbər verir ki, İspaniya klubu penaltilər seriyasında üç qələbə qazanmağı bacaran ilk klub olub.

Bunadək heç bir komanda oyunsonrası “lotereya”da üç dəfə qalib gəlməyib. “Atletiko”nun hər üç uğurunda qapıda Yan Oblak olub.

Qeyd edək ki, Madrid təmsilçisi 1/8 final mərhələsində “İnter”i mübarizədən kənarlaşdırıb – 0:1, 2:1, p. 3:2.

İdman.biz

Məqalədə: