Murad Musayevin “Krasnodar”ın baş məşqçisi postuna təyinatı rəsmiləşib

Xəbərlər
14 Mart 2024 10:26
327
Murad Musayevin “Krasnodar”ın baş məşqçisi postuna təyinatı rəsmiləşib

“Sabah”ın sabiq baş məşqçisi Murad Musayevin “Krasnodar”a qayıdışı rəsmiləşib.

İdman.biz xəbər verir ki, bunu Rusiya klubunun mətbuat xidməti açıqlayıb.

Premyer Liqa təmsilçisi 41 yaşlı mütəxəssislə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalayıb. 2018-21-ci illərdə də bu klubu çalışdıran Musayev 3 ildən sonra sabiq komandasına qayıdıb.

Qeyd edək ki, mütəxəssis 2021-24-cü illərdə “Sabah”ın baş məşqçisi olub.

İdman.biz

Məqalədə: