Mahirin komandası mübarizəni dayandırıb, "Ayaks" səfərdə uduzub - VİDEO

Xəbərlər
15 Mart 2024 02:42
383
Mahirin komandası mübarizəni dayandırıb,  "Ayaks" səfərdə uduzub - VİDEO

Bu gün Konfrans Liqasında növbəti oyunlar keçirilib.

İdman.biz xəbər verir ki, 1/8 final mərhələsinin cavab görüşləri baş tutub.

Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su mübarizəni dayandırıb. Xorvatiya çempionu Yunanıstanda 1:5 hesabı ilə uduzub. Komanda evdə qazandığı 2:0 hesablı üstünülüyü qoruya bilməyib.

Türkiyə təmsilçisi “Fənərbaxça” evdə “Sent-Jiloaz”a uduzub. Məğlubiyyətə baxmayaraq, Türkiyə təmsilçisi 1/4 finala yüksəlib.

Qeyd edək ki, 1/4 final, yarımfinal və finalın püşkü martın 15-də atılacaq.

Konfrans Liqası
1/8 final, cavab oyunları
14 mart

21:45. “Fənərbaxça” - “Sent-Jiloaz” - 0:1

İlk oyun – 3:0

21:45. PAOK - “Dinamo” Zaqreb - 5:1
İlk oyun - 0:2
21:45. “Fiorentina” - “Makkabi” Hayfa - 1:1
İlk oyun - 4:3
21:45. “Viktoriya” - “Servett” - 0:0, pen. 3:1
İlk oyun - 0:0
00:00. “Aston Villa” - “Ayaks” - 4:0

İlk oyun - 0:0
00:00. “Brügge” - “Molde” - 3:0
İlk oyun - 1:2
00:00. “Lill” - “Şturm” - 1:1
İlk oyun - 3:0
00:00. “Makkabi” Təl-Əviv - “Olimpiakos” - 1:4, ə.v. 0:2
İlk oyun – 4:1

İdman.biz