"Arsenal" sağ cinah müdafiəçisi Ben Uaytla bağlı qərarını verib.
İdman.biz xəbər verir ki, London klubu futbolçusu ilə müqaviləni yeniləyib.
26 yaşlı Uayt 2028-ci ilin iyununadək komandanın şərəfini qoruyacaq. Onun daha sonra razılaşma daha bir il artırıla da bilər.
Qeyd edək ki, 2021-ci ildə “Brayton”dan “Arsenal”a keçən futbolçu bu mövsüm “topçular”ın heyətində Premyer Liqada 27 oyun keçirib. O, bu matçlarda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
İdman.biz