“Monqolustan yığması çox yaxşı müdafiə olundu”.
Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev deyib.
O, FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunan "FİFA series- Edition 2024" layihəsi çərçivəsində keçirilən Azərbaycan - Monqolustan (1:0) qarşılaşmasını şərh edib. Əliyevin sözlərinə görə, yığmamız yaratdığı epizodlardan yararlana bilməyib: “Xüsusilə, Renat Dadaşov şanslarından istifadə edə bilmədi. Monqolustanın qapıçısı da yaxşı oynadı, karyerasının yaxşı oyunlarından birini göstərdi. Komandamızda dəqiqələr ötdükcə həyəcan hiss olunurdu. Bu səbəbdən də artıq qol imkanları boşa verilirdi. Düzdür, sonda milli qələbə qazandı. Bu qol komandamızı bir çox tənqidlərdən qurtardı, yoxsa üzərlərinə çox gediləcəkdi”.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu Bolqarıstan yığmasına qarşı keçirəcək.
Banuçiçək Hüseynli
İdman.biz