Adil Şükürov: “Bolqarlarla görüş gələcəkdə nəyə ümid edə biləcəyimizi göstərəcək”

Xəbərlər
25 Mart 2024 12:17
518
Adil Şükürov: “Bolqarlarla görüş gələcəkdə nəyə ümid edə biləcəyimizi göstərəcək”

“Bu turnir millimiz üçün çox faydalı olacaq”.

Bunu İdman.bizə “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.

O, FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunan "FİFA series- Edition 2024" layihəsi çərçivəsində keçiriləcək Azərbaycan - Bolqarıstan matçını şərh edib. Təcrübəli mütəxəssis bildirib ki, bu matçda komandanın gücü bəlli olacaq: “Bolqarlarla görüş gələcəkdə nəyə ümid edə biləcəyimizi göstərəcək. Həm də bu cür oyunlarda millidəki futbolçuların klublarında nə dərəcədə inkişaf etdiyini də görəcəyik. Monqolustanla müqayisədə Bolqarıstan yığması daha güclü rəqibdir. Baxmayaraq ki, bu komandanın illərdir enişini müşahidə edirik. Amma yenə də bizi maraqlı və yaxşı mübarizə gözlədiyini düşünürəm”.

Qeyd edək ki, yığma Bolqarıstanla bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: