“Biz qələbəni son anda əldən verdik”.
İdman.biz xəbər verir ki, bunu "FİFA series – Edition 2024" layihəsi çərçivəsində millimizlə qarşılaşan Bolqarıstanın müdafiəçisi Aleks Petkov deyib.
24 yaşlı müdafiəçi son dəqiqələrdə rəqib komandanın güclü təzyiqi ilə üzləşdiklərini etiraf edib: “Sona yaxın meydan sahiblərinin güclü təzyiqi ilə üzləşdik. Biz qol vurmaq üçün bir neçə yaxşı şans qazansaq da, bunlardan istifadə edə bilmədik. Düşünmürəm ki, son dəqiqələrdə yorğunluq rol oynadı. Azərbaycanla oyundan yalnız dərs çıxarmalıyıq. Soyunub-geyinmə otağında hamı üzgün idi. Turnir bizim üçün yaxşı sınaq oldu”.
Qeyd edək ki, Aleks Petkov Tanzaniya və Azərbaycan yığmaları ilə matçlarda 90 dəqiqə meydanda olub.
İdman.biz