İlqar Qurbanov millinin oyununu bəyənib

Xəbərlər
26 Mart 2024 15:42
180
İlqar Qurbanov millinin oyununu bəyənib

“Millinin oyununu bəyəndim”.

Bunu İdman.bizə Azərbaycan yığmasının sabiq futbolçusu İlqar Qurbanov deyib.

Millidə seleksiyaçı vəzifəsini yerinə yetirən 37 yaşlı mütəxəssis "FİFA Series-2024"də Azərbaycan - Bolqarıstan (1:1) matçını şərh edib. O bildirib ki, futbolçularımızdan bəziləri formada olmadıqlarına görə müəyyən epizodlarda çətinlik çəkiblər: “İlk dəqiqələrdən hücumlar edirdilər. Qol şansları yaradırdılar. Əsasən gənclərin - Musa Qurbanlı, Ceyhun Nuriyev, Emil Mustafayevin oynamağı məni sevindirdi. Əvvəlki kimi müdafiəyə meyllilik hiss olunur. Amma oyun və nəticə göstərir ki, öz potensiallarını ortaya qoyurlar. Daha çox hücum edirlər, müdafiyədə oturmurlar. Ümumi pis deyildi. Qol buraxandan sonra komanda hücum etməyə başladı. Fərqlənmək şanslarımız oldu. Əsas odur istəkli idilər”.

Qeyd edək ki, Azərbaycan ilk dəfə keçirilən "FİFA Series-2024" çərçivəsində birinci qarşılaşmasında Monqolustana 1:0 hesabı ilə qalib gəlib.

Emin Ağa
İdman.biz

Məqalədə: