“Mançester Siti” üçün təhlükə

Xəbərlər
28 Mart 2024 10:54
222
“Mançester Siti” üçün təhlükə

“Mançester Siti” ciddi itki təhlükəsi ilə üzləşib.

İdman.biz xəbər verir ki, Kayl Uoker Premyer Liqanın “Arsenal”la oyununu buraxa bilər.

Müdafiəçi zədədən əziyyət çəkir. Onun durumu müayinələrdən sonra dəqiqləşəcək.

Uoker turun mərkəzi oyununu buraxsa, “Mançester Siti”nin yeganə itkisi olmayacaq. Con Stouns və Manuel Akancinin də görüşə hazır olacağı sual altındadır.

Qeyd edək ki, “Mançester Siti” və “Arsenal” arasında XXIX turun oyunu martın 31-də keçiriləcək.

İdman.biz

Məqalədə: