Mirça Luçesku “Beşiktaş”a qayıdır

Xəbərlər
29 Mart 2024 14:16
220
Mirça Luçesku “Beşiktaş”a qayıdır

Rumıniyalı Mirça Luçesku “Beşiktaş”la anlaşıb.

İdman.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, 78 yaşlı mütəxəssis növbəti mövsümdə yenidən İstanbul klubunun “sükanı arxasına” dönəcək.

Hətta ötən il Kiyev “Dinamo”sundan ayrılan Luçeskunun istirahət etmək istədiyini əsas gətirərək, qışda “ağ-qaralar”ların təklifini çevirdiyi də bildirilir.

Qeyd edək ki, rumıniyalı 2002-04-cü illərdə də “Beşiktaş”ın baş məşqçisi olub.

İdman.biz