Samet Aybabadan Juninyonun transferi ilə bağlı AÇIQLAMA - EKSKLÜZİV

Xəbərlər
30 Mart 2024 10:00
3 232
Samet Aybabadan Juninyonun transferi ilə bağlı AÇIQLAMA - EKSKLÜZİV

"Beşiktaş" hazırda "Qarabağ"ın hücumçusi Olavio Juninyonu transferini planlaşdırmır.

Bunu İdman.bizə İstanbul klubunun idman direktoru Samet Aybaba deyib.

69 yaşlı funksioner "sambaçı"nı izlədiyini, "Qarabağ"la görüşdüyünü nə təsdiq, nə də təkzib edib. O, Juninyonun keçidi ilə bağlı bildirib ki, bu gün belə bir şey yoxdur.

Qeyd edək ki, Türkiyə mətbuatı Aybabanın "Qarabağ"la görüşdüyünü, Azərbaycan çempionunun hücumçunun transferi üçün onlardan 8 milyon avro istədiyini yazıb.

Emin Ağa
İdman.biz