Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun hücumçusu Neymar klub rəhbərliyindən onu "Barselona"ya icarəyə verməsini istəyib.
İdman.biz xəbər verir ki, braziliyalı futbolçu diz zədəsini sağaltdıqdan sonra 1 ilini İspaniya klubunda keçirmək niyyətində olduğunu deyib.
Lakin klublar arasında Neymarla bağlı hələlik hansısa rəsmi danışıq olmayıb.
Qeyd edək ki, ulduz forvard 2013-2017-ci illərdə "Barselona"nın formasını geyinib. Ərəb klubunda 5 oyun keçirən Neymar 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
İdman.biz