Salahın qazancı bəlli olub

Xəbərlər
30 Mart 2024 15:29
890
Salahın qazancı bəlli olub

Misir millisinin və “Liverpul”un futbolçusu Məhəmməd Salahın kommersiya gəlirlərinin məbləği bəlli olub.

İdman.biz xəbər verir ki, afrikalı hücumçu ötən il bu yolla 5,4 milyon funt sterlinq qazanıb.

Onun son 3 ildəki ümumi qazancı isə 27 milyon funta çatıb. Salah “Adidas”, “Uber”, “Vodafone” və “Pepsi” ilə əməkdaşlıq edir.

Qeyd edək ki, Məhəmmədin “Liverpul”dakı həftəlik maaşı 400 min funt sterlinqdir.

İdman.biz