“Mançester Siti”nin əksi: “Qarabağ” və başqaları

Xəbərlər
1 Aprel 2024 11:17
253
“Mançester Siti”nin əksi: “Qarabağ” və başqaları

Milli çempionatlarda səfərdəki qollu oyunlar seriyasına malik klublar açıqlanıb.

İdman.biz xəbər verir ki, “Top-5”də Azərbaycan çempionu “Qarabağ” da var.

Qurban Qurbanovun yetirmələri son 25 səfər matçında qol vurub. Bu, dünyada 5-ci nəticədir.

Rekord isə Kiyev “Dinamo”suna məxsusdur. Ukrayna klubu 47 matçdır səfərdən qolsuz ayrılmır. “Feyenord” Niderlandda 40, “Albireks” Sinqapurda 39, “Əl-Vəhdə” BƏƏ-də ardıcıl 33 səfər matçında qol vurub.

Bunun əksi olan evdəki qollu matçlar seriyası “Klaksvik”ə məxsusdur. Farer adaları klubu 54 görüşdür öz meydanını qolsuz tərk etmir.

Bir gün əvvəl isə “Mançester Siti”nin evdəki qollu seriyası qırılıb. İngiltərə klubu bütün turnirlər nəzərə alınmaqla, 57 matçda qol sevinci yaşayıb.

Qeyd edək ki, “Qarabağ” son səfər görüşündə “Kəpəz”ə 6:1 hesabı ilə qalib gəlib.

İdman.biz