Elxan Məmmədov: “Beynəlxalq arenada Azərbaycanı futbol ölkəsi kimi tanıtmağa nail olmuşuq”

Xəbərlər
2 Aprel 2024 11:24
261
Elxan Məmmədov: “Beynəlxalq arenada Azərbaycanı futbol ölkəsi kimi tanıtmağa nail olmuşuq”

“Bu illər ərzində Rövnəq Abdullayev Azərbaycan futbolunda böyük miraslar yaradıb”.

İdman.biz xəbər verir ki, bu sözləri FİFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov AFFA-nın Hesabat-Seçki Konfransında çıxışı zamanı deyib.

O bildirib ki, 16 il əvvəl ölkəmizdə cəmi iki stadion fəaliyyət göstərib: “Keçən 16 ildə böyük stadionlar inşa olundu, futbolun inkişafı istiqamətində yeni infrastruktur layihələri həyata keçirildi. Yaradılan stadionlar və inşa olunan məşq meydanları daima işlək vəziyyətdədir və insanlar tərəfindən istifadə olunur. Bütün bunlar böyük zəhmət nəticəsində ərsəyə gəlib”.

Məmmədov “Qarabağ”ın il ərzində qazandığı uğurlara da toxunub: “Qarabağ” stabilliyini sübut edib. Çox sürprizlərlə dolu komandadır. Milli komandamız bizi sevindirmir. Ancaq düşünürəm ki, klublarımız öz işlərini davamlı şəkildə görsə, futbolçularımız milliyə böyük kömək olacaq. Beynəlxalq arenada Azərbaycanı futbol ölkəsi kimi tanıtmağa nail olmuşuq. Peşəkar Futbol Liqasının nümayəndələrinə də sağol düşür ki, futbolun inkişafı üçün çalışırlar”.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: