“Yuventus”un Alleqri planı

Xəbərlər
2 Aprel 2024 14:47
164
“Yuventus”un Alleqri planı

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri ilə bağlı nə vaxt qərar verəcəyi bəlli olub.

İdman.biz xəbər verir ki, mütəxəssisin Turin klubundakı taleyinə mövsümün sonunda aydınlıq gələcək.

Baş məşqçinin postunda qalması komandanın nəticəsindən asılı olacaq. Əgər “Yuventus” Çempionlar Liqasına vəsiqə qazanmasa, Alleqri istefaya göndəriləcək.

Qeyd edək ki, baş məşqçi postuna əsas namizəd Tyaqo Motta hesab olunur.

İdman.biz