İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası keçirilib - FOTO

Xəbərlər
2 Aprel 2024 15:58
352
İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası keçirilib - FOTO

AFFA İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası keçirilib.

İdman.biz xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.

Əvvəlcə AFFA-nın prezidenti Rövşən Nəcəf yeni seçilmiş üzvləri təbrik edib və onlara müvafiq qovluqlar təqdim olunub. Rövşən Nəcəfin təklifinə əsasən, Sərxan Hacıyev AFFA-nın icraçı vitse-prezidenti, Elşad Nəsirov, Könül Mehtiyeva və Balakişi Qasımov isə vitse-prezidenti vəzifəsinə təsdiqləniblər.

Sərxan Hacıyevin, eyni zamanda, müvəqqəti olaraq AFFA-nın baş katibi vəzifəsini icra etməsi qərara alınıb.

İdman.biz