Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov zədələnib.
İdman.biz xəbər verir ki, Berlin “Dinamo”sunun 33 yaşlı hücumçusu məşqdə xəsarət alıb.
O, komanda yoldaşı Coy Braytfeldlə toqquşub. Hər iki futbolçu zədələnsə də, Rüfət daha ağır zərbə alıb. Hücumçu məşqi yarımçıq tərk edib.
Onun durumuna müayinələrdən sonra aydınlıq gələcək. Dadaşovun yarım il müddətinə meydanlardan kənar qalmaq təhlükəsi də var.
Qeyd edək ki, Regionalliqa təmsilçisi aprelin 5-də “Herta-2” ilə qarşılaşacaq.
İdman.biz