“Araz-Naxçıvan”ın zədəlilərinin durumu açıqlanıb

Xəbərlər
3 Aprel 2024 14:33
172
“Araz-Naxçıvan”ın zədəlilərinin durumu açıqlanıb

“Araz-Naxçıvan”ın zədəli futbolçularının durumuna aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Zədəli olduğuna görə son 2 matçda iştirak etməyən İqor Ribeyro komanda ilə məşqlərə qoşulub. Müdafiəçinin “Kəpəz”lə XXIX turun matçında meydana çıxıb-çıxmayacağı oyun günü dəqiqləşəcək.

“Sumqayıt”la görüşdə zədələnərək əvəzlənən Aksel Nqandonun müalicəsi isə davam edir. O, qarşıdakı turu buraxacaq.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Kəpəz” oyunu aprelin 5-də, saat 20:00-da “Liv Bona Dea Arena”da keçiriləcək.

İdman.biz