Elxan Abdullayev: “İnanıram ki, düzgün və ədalətli şəkildə fəaliyyət göstərəcəklər”

Müsahibə
3 Aprel 2024 15:34
348
Elxan Abdullayev: “İnanıram ki, düzgün və ədalətli şəkildə fəaliyyət göstərəcəklər”

“Mən özüm də iclasda iştirak edirdim”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Elxan Abdullayev deyib.

U-18 millimizin baş məşqçisi AFFA-dakı Hesabat-Seçki konfransını dəyərləndirib. O bildirib ki, yeni formalaşan komanda futbolda müəyyən dəyişikliklər edəcək: “Nəyisə müqayisə etmək düzgün olmaz. Çünki yeni gələn şəxslərin gördüyü işi hələ görməmişik. İclasda da yeni gələn şəxslərin savadlı, ağıllı insanlar olduqları göz önündədir. Əsas istəyim uşaq futbolunun inkişaf etdirilməsi və yaxşı səviyyəyə çatdırılmasıdır. Digər məsələlər isə legionerlər, maliyyə vəsaiti və s. digər məsələlər isə onların biləcəyi işdir. İnanıram ki, düzgün və ədalətli şəkildə fəaliyyət göstərəcəklər”.

Qeyd edək ki, AFFA-nın Hesabat-Seçki Konfransında Rövşən Nəcəf qurumun prezidenti seçilib.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: