“Benfika”nın Di Mariya planı

Xəbərlər
4 Aprel 2024 14:50
244
“Benfika”nın Di Mariya planı

“Benfika” futbolçusu Anxel di Mariya ilə müqaviləni uzatmağa qərar verib.

İdman.biz xəbər verir ki, Portuqaliya klubu argentinalı yarımmüdafiəçini heyətində saxlamağı planlaşdırır.

Lissabonlular 36 yaşlı futbolçuya yeni müqavilə təklif edəcək. Anlaşma 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, indiki müqaviləsi mövsümün sonunda başa çatacaq Anxel 41 matçda 15 qol və 12 assistə imza atıb.

İdman.biz