Prezident İlham Əliyevin nəvəsi Mikayıl Ağalarov Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Neftçi” - “Qarabağ” matçında yaşananlara münasibət bildirib.
İdman.biz xəbər verir ki, o, qarşılaşmanın gedişində qonaq komandanın azarkeşləri tərəfindən təhqir olunan Qara Qarayevə dəstək nümayiş etdirib.
Ağalarov instaqram səhifəsində 2023-cü ilin yayında “Qarabağ”dan “Neftçi”yə keçən yarımmüdafiəçinin şəklini paylaşıb. O, paylaşıma “Böyük hörmət” (Huge Respect) ifadəsini qeyd edib.
Qeyd edək ki, “Neftçi Arena”dakı görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.
İdman.biz