Minifutbol üzrə 11-ci Avropa çempionatının püşkü atılıb.
İdman.biz xəbər verir ki, Bosniya və Herseqovinada təşkil olunacaq AVRO-2024-ün 24 iştirakçısı 6 qrupa bölünüb.
Son Avropa çempionu olan Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Yığmamız F qrupunda yer alıb. Elşad Quliyevin yetirmələri qrup mərhələsində Fransa, İtaliya və Avstriya milləri ilə mübarizə aparacaqlar.
Qeyd edək ki, Avropa çempionatı iyunun 1-dən 9-dək keçiriləcək.
İdman.biz