“Real”la PSJ-nin ortaq hədəfi

Xəbərlər
5 Aprel 2024 12:43
182
“Real”la PSJ-nin ortaq hədəfi

“Lill”in futbolçusu Leni Yoro Avropa nəhənglərinin maraq dairəsinə düşüb.

İdman.biz xəbər verir ki, müdafiəçi “Real”la PSJ-nin hədəfindədir.

18 yaşlı fransalının transferini qışda reallaşdırmaq istəyi alınmayan Paris təmsilçisi bu variantdan əl çəkməyib. Madridlilər futbolçunun əhatəsi ilə sıx təmasdadırlar.

Qeyd edək ki, Yoro cari mövsümün 36 oyununda 3 qol vurub. Onun müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

İdman.biz

Məqalədə: