Elmar Baxşıyev: “Komandanı toparlamali, nəticələri duzəltməliyik”

Müsahibə
10 Aprel 2024 13:13
245
Elmar Baxşıyev: “Komandanı toparlamali, nəticələri duzəltməliyik”

“Komandanın potensialına bələdəm. "Araz-Naxçıvan"la dəfələrlə həm rəsmi, həm də yoxlama oyunlarında qarşılaşdığımızdan oyunçuları da bir növ tanıyırdıq”.

Bunu İdman.bizə “Araz-Naxçıvan”nın yeni baş məşqçisi Elmar Baxşıyev deyib.

43 yaşlı mütəxəssis Naxçıvan təmsilçisinə təyinatını şərh edib. O bildirib ki, bu qərarı verməsində klubu yaxşı tanıması da böyük rol oynayıb: “Rəhbərlik kömək etməyimizi istədi. Burda uzun-uzadı düşünməyə ehtiyac yox idi. Mümkün qədər komandanı toparlamali, qarşıdakı oyunlarda nəticələri duzəltməliyik. Məşqçi hər zaman yeni çağırışlara hazır olmalıdır”.

Gənc mütəxəssis komandanın hazıkı durumunu da dəyərləndirib: “Bu gün ilk məsqimizə çıxdıq. Zamanla axsadığımız və ya niyə nəticələrin ürəkaçan olmadığını aydınlaşdıracağıq. Azər Bağırov yaxşı komanda qurub, normal nəticələr də qazanırdı. Son uğursuzluqların səbəbini tapmağa çalışacağıq. Futbolda yüksəliş kimi, müəyyən eniş də yaşanır”.

Baxşıyev bölgə təmsilçisində əsas məqsədlərindən də danışıb: “Mövsümün sonuna 7 tur qalıb. Əsas məqsəd bu oyunlarda müsbət nəticə qazanmaqdır. Təbii ki, nəticələr qənaətbəxş olarsa, növbəti mövsümdə də işimizi “Araz-Naxçıvan”da davam etdirəcəyik. Həm də bir növ növbəti mövsüm üçün komanda quracağıq”.

Qeyd edək ki, Elmar Baxşıyev “Araz-Naxçıvan”da debüt oyununu “Neftçi”yə qarşı keçirəcək. Matç aprelin 13-ü saat 19:00-da “Baksel Arena”da start götürəcək.

Emin Ağa
İdman.biz

Məqalədə: