Pireydə 5 qol, "Lill" Birmingemdə məğlub olub - VİDEO

Xəbərlər
12 Aprel 2024 01:06
479
Pireydə 5 qol, "Lill" Birmingemdə məğlub olub - VİDEO

Bu gün Konfrans Liqasında 1/4 final mərhələsi start götürüb.

İdman.biz xəbər verir ki, ilk oyunlar çərçivəsindəki matçlar eyni gündə baş tutub.

Qardaş Türkiyənin təmsilçisi “Fənərbaxça” Pireydə “Olimpiakos”un qonağı olub. Hesabda 0:3 hesabı ilə geri düşən türklər 2 qol vuraraq, İstanbula ümidli dönüblər. Çexiyada keçirilən “Viktoriya” - “Fiorentina” görüşündə hesab açılmayıb.

İngiltərədə “Böyük beşlik” təmsilçiləri “Aston Villa” və “Lill” qarşılaşıb. İngilislər 2:1 üstün olublar. PAOK səfərdə “Brügge”yə uduzub (0:1).

Qeyd edək ki, cavab oyunları aprelin 18-də keçiriləcək.

Konfrans Liqası
1/4 final, ilk oyunlar

20:45. “Olimpiakos” – “Fənərbaxça” - 3:2

20:45. “Viktoriya” – “Fiorentina” - 0:0
23:00. “Brügge” - PAOK - 1:0
23:00. “Aston Villa” – “Lill” - 2:1

İdman.biz

Məqalədə: