Toral Bayramov: “Neftçi” ilə oyuna bir başqa motivasiya ilə çıxırıq” - VİDEO

Müsahibə
11 Aprel 2024 14:06
278
Toral Bayramov: “Neftçi” ilə oyuna bir başqa motivasiya ilə çıxırıq” - VİDEO

Bunu "İdman Bizimlə”nin qonağı olan “Qarabağ”ın futbolçusu Toral Bayramov deyib.

O bildirib ki, “ağ-qaralar”la matçlarda fərqlənmək çox önəmlidir: “Qarabağ” – “Neftçi” oyununu Azərbaycan derbisi hesab edirlər. Belə oyunlarda fərqlənmək hər bir futbolçunun arzusudur. Ona görə də çalışırdım ki, həmin matçda ciddi bir şeylə yadda qalım. Şükürlər olsun ki, son iki oyunda iki qol vurmuşam. Nəticəmdən razıyam”.

Futbolçu Premyer Liqanın XXIX turunda “Səbail”lə oyunda sarı vərəqə almasından da danışıb. Onun sözlərinə görə, həmin epizodda qərar düz olmayıb: “Çünki orada şiddət adlandırıla biləcək nəsə etməmişdim, sadəcə topa sürətli gəldiyim üçün dayana bilmədim. Rəqibə xəsarət yetirmək kimi bir niyyətim yox idi. Hakim sarı verdi, neyniyək?”.

Qeyd edək ki, “Qarabağ” “Səbail”ə 4:2 hesabı ilə qalib gəlib.

Aytac Sahəd
İdman.biz