Toral Bayramov: “Biz çempion olmuşuq, onlar arasında isə rəqabət gedir” - VİDEO

Müsahibə
12 Aprel 2024 10:37
437
Toral Bayramov: “Biz çempion olmuşuq, onlar arasında isə rəqabət gedir” - VİDEO

“Azərbaycan çempionatının səviyyəsi çox aşağıdır. Burda biz daha çox hücum edən tərəf oluruq”.

Bunu "İdman Bizimlə”nin qonağı olan “Qarabağ”ın futbolçusu Toral Bayramov deyib.

Onun sözlərinə görə, çatışmazlıqlara baxmayaraq, cari mövsüm digərlərindən fərqlənir: “Əlbəttə ki, bizim çempionatda da asan oyun olmur. Ancaq Avropada oyuna çıxanda daha çox güc sərf etməli oluruq, xüsusilə də, matçın son on beş dəqiqəsində. Ümumilikdə götürsək, deyə bilərəm ki, bu mövsüm Azərbaycan çempionatında gördüyüm ən maraqlılardan biridir. Bunu turnir cədvəlindən də görmək mümkündür. Biz çempion olmuşuq, ancaq bizdən sonra gələn komandalar arasında gərgin rəqabət gedir. Ümid edirəm ki, növbəti illərdə bundan daha maraqlı çempionatımız olar”.

Qeyd edək ki, “Qarabağ” Premyer Liqanın bitməsinə 8 tur qalmış Azərbaycan çempionu olub.

Aytac Sahəd
İdman.biz