“Bavariya”da yeni müqavilə

Xəbərlər
12 Aprel 2024 13:26
602
“Bavariya”da yeni müqavilə

“Bavariya” qapıçısı Aleksandr Nyubellə müqaviləni uzadıb.

İdman.biz xəbər verir ki, bunu Almaniya klubunun mətbuat xidməti açıqlayıb.

27 yaşlı qolkiperlə yeni anlaşma 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Nyubel hazırda “Ştutqart”da icarədə olsa da, münhenlilər onunla müqaviləni uzatmağa qərar veriblər.

Qeyd edək ki, qapıçı 2020-ci ilin yayından “Bavariya”nın üzvüdür. O, cari mövsümdə 29 matça çıxıb və 34 top buraxıb.

İdman.biz

Məqalədə: