Heydər Əliyev Fondu Vadim Vasilyevin müalicəsini öz üzərinə götürüb - EKSKLÜZİV

Xəbərlər
14 Aprel 2024 14:05
874
Heydər Əliyev Fondu Vadim Vasilyevin müalicəsini öz üzərinə götürüb - EKSKLÜZİV

Azərbaycan milli komandasının sabiq futbolçusu Vadim Vasilyevin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Bunu İdman.bizə 51 yaşlı veteran hücumçunun özü açıqlayıb.

O bildirib ki, müalicə xərclərini Fond qarşılayacaq: “Heydər Əliyev Fonduna dərin təşəkkürümü bildirirəm. Bundan sonra onların nəzarəti altında “Liv Bona Dea Hospital”da müalicəmi davam etdirəcəm. Sevinirəm ki, məni bu yolda tək qoymadılar və səsimə səs verdilər”.

Qeyd edək ki, Vasilyev fevralın əvvəlində insult keçirib.

Banuçiçək Hüseynli
İdman.biz