Azərbaycanlı futbolçu Rahil Məmmədov Polşa çempionatında növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, onun formasını geyindiyi LKS öz meydanında “Lex”lə qarşılaşıb.
Rahilin komandası güclü rəqiblə oyunda hesabda 0:2 geri düşsə də, bərabərliyi bərpa edə bilib. Amma qonaqlar 90+1-ci dəqiqədə qələbə topunu vuraraq, Lodz səfərindən 3 xalla dönüblər. Məmmədovun 90 dəqiqə meydanda olduğu qarşılaşma "Lex"in 3:2 hesablı üstünlüyü ilə yekunlaşıb.
Qeyd edək ki, LKS Ekstraklasada 29 turdan sonra 21 xalla 17-ci pillədə qərarlaşıb.
İdman.biz