“Artıq futbolçularımızda qalib mentaliteti formalaşıb”.
İdman.biz xəbər verir ki, bunu Belarusun U-17 millisinin baş məşqçisi Valeri Apanas deyib.
O, UEFA İnkişaf turnirində Azərbaycana qarşı keçirilən matç barədə fikirlərini açıqlayıb: “Komandamız hər matçda qələbə qazanmaq istəyir. İlk yarı daha çox xoşuma gəldi. Həm oyun strukturu, həm hücumda yaxşı idik. Meydana sonradan daxil olan futbolçular ikinci hissədə komandanı gücləndirmək əvəzinə zəiflətdilər. Onlarla danışmaq, motivasiya etmək lazımdır. Azərbaycanla görüş yaxşı sınaq oldu. Fasilədə 6 əvəzetmə ilə oyunçulara şans verdik”.
Qeyd edək ki, turnirin I turunun matçında Belarus Azərbaycana 4:0 hesabı ilə qalib gəlib.
İdman.biz