“Premyer Liqada oynamaq üçün lisenziyalaşdırma ilə bağlı lazımı addımları uğurla tamamladıq”.
Bunu İdman.bizə “İmişli” futbol klubunun idman direktoru Tamerlan Bəkirzadə deyib.
Premyer Liqaya yüksəlməyi hədəfləyən I Liqa təmsilçisinin rəsmisinin sözlərinə görə, tələb olunan bütün öhdəlikləri yerinə yetiriblər: “Proses zamanı komanda səfərbər oldu. Bütün tələb olunan meyarları həll etmişik. Bu mühüm işi uğurla başa vurduğumuz üçün qürur duyuruq”.
Qeyd edək ki, Əsgər Abdullayevin baş məşqçisi olduğu “İmişli” 43 xalla I Liqada 2-cidir. Turnir cədvəlinə 48 xalla “Qaradağ Lökbatan” başçılıq edir.
Emin Ağa
İdman.biz