Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı “Yurqorden”in U-21 komandasının heyətində növbəti oyununa çıxıb.
İdman.biz xəbər verir ki, 22 yaşlı futbolçunun komandası Elit Liqa Kubokunda “Deqefors”la üz-üzə gəlib.
6 qolun vurulduğu matçda hesabı Qurbanlı açıb. Yekunda “Yurqorden” 4:2 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, “Yurqorden” Elit Liqa Kubokunun növbəti matçında səfərdə BP-nin qonağı olacaq.
İdman.biz