PSJ Kilian Mbappe ilə vida mərasimi keçirəcək.
İdman.biz xəbər verir ki, tədbir mayın 12-də Paris təmsilçisinin 33-cü tur çərçivəsində "Tuluza" ilə ev oyununda baş tutacaq.
Bu, PSJ-nin mövsümdə son ev matçı olacaq. Fransalı forvardın növbəti mövsümdən "Real"da forma geyəcəyi gözlənilir.
Qeyd edək ki, Mbappe bu mövsüm PSJ-də 46 oyunda 43 qol, 10 asistlə yadda qalıb.
İdman.biz