Azərbaycan yığmasının müdafiəçisi Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, onun çıxış etdiyi “Arda” Konfrans Liqası qrupunda qələbə qazanıb.
33-cü turda “Botev”lə qarşılaşan Cəlalın komandası əzmkar çıxış edib. Məğlub vəziyyətə düşən “Arda” fasilədən sonra 2 qol vurub. Yığmamızın üzvü 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Hüseynovun komandası 44 xalla 9-cu pillədə yer alıb. Karcali klubunu 7-ci pillədən 1 xal ayırır.
İdman.biz